Bayraqdar.info – “Yaşananları unutmadıq, əsla unutmayacağıq. Çağatay kimilərin əməklərini, xidmətlərini lazımi şəkildə qiymətləndirə bilmək üçün suverenliyimizi davam etdirməliyik. Kıbrıs türk xalqı bu torpaqlarda vardır, var olacaqdır.”
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar KKTC-nin ilk Baş naziri olmuş mərhum dövlət adamı Mustafa Çağatayın vəfatının 32-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyib. Karaoğlanoğlu məzarlığında keçirilən anma törənində çıxış edən Cümhurbaşqanı Tatar Mustafa Çağatayın dürüst bir dövlət adamı olduğunu deyib. KKTC Cümhurbaşqanı bildirib ki, Kıbrıs Türk tarixinin son 50 illik uğurunda Mustafa Çağatayın əməyi var.
Çıxışında həmçinin “Tarixin gerçəklərini təhrif etməyin” deyən Ersin Tatar bununla rum yönətimi başqanı Nikos Anastasiadisə da cavab verib. Ersin Tatar Nikos Anastasiadisin “EOKA qurtuluş döyüşçülərinin, qəhramanların təşkilatı idi, əsas terror təşkilatı TMT (Türk Müqavimət Təşkilatı) idi” açıqlamasının reallıqdan uzaq olduğunu söyləyib.
Tarix: Ötən əsrin 40-cı illərindən etibarən Yunanıstan ingilis müstəmləkəçiliyinə son qoymaq və Kipri özünə birləşdirmək üçün Enosis (birləşmək) siyasətinə başladı. 1948-ci ildə Yunanıstan kralı Paul bəyan etdi ki, Kipr Yunanıstana birləşmək arzusunu ifadə edib. 1950-ci ildə Kipr ortodoks kilsəsinin adada keçirdiyi referendum nəticəsində kiprli yunanların 97%-i “enosis”ə səs verdi. Bütün bunların fonunda 1955-ci ildə Yunanıstanın birbaşa rəhbərliyi ilə EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) yaradıldı. Polkovnik Grivas tərəfindən qurulan bu terror təşkilatının əsas məqsədi adanı Yunanıstana birləşdirmək, Kipri britaniyalılardan və türklərdən təmizləmək idi. Mübarizə vasitəsi isə terror seçilmişdi. EOKA terror təşkilatı tərəfindən adadakı türklərə qarşı törədilən qırğınlar və zorakılıq ümumilkdə 364 Kipr türkünün ölümünə, 109 Kipr türk kəndinin dağıdılmasına və 30 min Kipr türkünün yurdundan didərgin düşməsinə səbəb oldu.
Kipr Respublikasını yıxan EOKA terror təşkilatı Türkiyənin 1974-cü il 20 iyul tarixində başlatdığı barış hərəkatı sonucu məhv edildi. Ancaq Türk Silahlı Qüvvələri və Kipr Türk Mücahidləri qarşısında geri çəkilən EOKA dəstələri bir çox türk kəndlərinə hücum edərək əhalini qətlə yetirdi və kəndləri yandırdı.
Türk Müqavimət Təşkilatı (qısaca TMT) isə Kiprdə 1958-ci il avqustun 1-də EOKA ilə mübarizə üçün qurulmuş silahlı bir təşkilatdır. Təşkilat üzvlərinə “mücahid” deyilirdi. 20 iyul 1974-cü ildə Kıbrıs Barış Hərəkatı başlayanda TMT-nin 17 min 151 üzvü var idi. Təşkilat yarandıqdan sonra şəxsiyyəti, yaşı və sağlamlığı baxımından uyğun hesab olunanlar and içərək onun üzvü oldular. Beləcə avqust ayının əvvəllərində TMT-nin ilk hüceyrəsi meydana gəlmiş olur və Türkiyədə fəaliyyətə keçən təhsil düşərgələrinə gənclər göndərilməyə başlanır.
TMT dörd fərqli səviyyədə qoşunlara sahib idi. Bunlar kiçikdən böyüyə qədər aşağıdakı şəkildə idi:
Manga: 5-8 mücahiddən ibarət idi. İlk adı “çadır”, 1961-ci ildən sonra “oğul”, 1963-cü ildən sonra “manga” adlandırıldı.
Bölük: 5 ilə 8 mangadan ibarət idi. İlk adı “oba”, 1961-ci ildən sonra “pətək”, 1963-cü ildən sonra “bölük” adlanmağa başladı.
Tabur: 5 ilə 8 bölükdən ibarət idi. İlk adı “otaq” idi və 1961-ci ildən sonra “kovan”, 1963-cü ildən sonra isə “tabur” adlandırıldı.
Sancaq: 5-8 taburdan ibarət idi. İlk adı “yayla” idi və 1961-ci ildən sonra “sancaq” olaraq adlandırılmağa başlandı.
1961-ci ildən əvvəl sancağa bölgədəki ən hörmətli insanlardan biri olan “baş yayla” rəhbərlik edirdi. 1961-ci ildə rəhbərlik “sancaqlar” adı verilən rütbəyə verildi və baş yaylalar, “sərdar” adıyla sancaqdar yardımçısı olaraq xidmət etməyə başladı. 1 Avqust 1976-cı ildə Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığına çevriləndə TMT-də 11 sancaq var idi.