Press "Enter" to skip to content

COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirildi – Türkiyədə

Son yeniləmə: 3 Aprel 2021 13:04

Bayraqdar.info – Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının yenidən artması dünya ölkələrini, o cümlədən qardaş Türkiyəni də narahat edir. Bu da səbəbsiz deyil. Belə ki, medianın məlumatına əsasən, ötən 24 saat ərzində Türkiyədə 42 min 308 nəfərin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda bu xəstəliyə yoluxan 179 nəfər həyatını itirib.

Hadisələrin bu cür inkişafı isə Türkiyənin əlavə tədbirlər görməsi ilə nəticələnib. Aprelin 3-dən etibarən ölkədə COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirilir. Bununla bağlı yayılan məlumata əsasən, qadağalar çərçivəsində ölkənin COVID-19 xəritəsində yüksək risk qrupuna daxil 58 vilayətində həftəsonu (yəni şənbə və bazar günləri) “evdə qal” rejimi tətbiq ediləcək. “Evdə qal” rejimi cümə günü 21:00-dan bazar ertəsi 05:00-dək davam edəcək.

Yeri gəlmişkən, Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan son həftənin statistikasına əsasən, ölkənin 81 vilayətinin hər birində yoluxma saylarında artım var. Ən çox artım olan şəhərlər arasında İstanbul da var.

Mission News Theme by Compete Themes.