Bayraqdar.info – Ukrayna ətrafında baş verməkdə olan hadisələr bütün dünyanın diqqətini cəlb etməkdədir. Bölücü Donbas və Rusiyanın ilhaq etdiyi Krım hər an partlaya biləcək bomba kimidir. Son günlərsə bölgədə hərbi əməliyyatların bərpa edilməsi haqqında xəbərlər gəlir. Bu arada Rusiyanın da həm öz ərazisindən, həm də Belarus ərazisindən Ukrayna sərhədinə qoşun yığdığı bildirilir. Təbii ki, Ukraynanı yalnız sözdə dəstəkləyən qərb qüvvələri də nəsə etdiklərini göstərirlər. NATO-nun Ukraynayla bağlı ümidverici hərəkətləri müşahidə edilir. Lakin nəticə nə olacaq? Bu haqda danışmaq hələ tezdir.
Bu hadisələrin işığında ABŞ Prezident Co Bayden aprelin 2-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. Tərəflərin danışığının ayrıntıları tam açıqlanmasa da Ukrayna Prezidentinin paylaşdığı tvitdən bəzi məqamları öyrənmək olar.
Volodimir Zelenskinin ingilis dilində atdığı tvitdə deyilir:
“ABŞ Prezidenti ilə danışmaqdan məmnunam. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini dəyərləndirir. Biz, demokratiyamızın qorunması məsələsində çiyin-çiyinə dayanırıq. Mənim Ukraynanı irəli aparmaq, şəffaflığı artırmaq və sülhə nail olmaq istəyim möhkəmdir. Amerikanın tərəfdaşlığı Ukraynalılar üçün həlledicidir”.
Glad to talk to @POTUS. 🇺🇦 appreciates 🇺🇸 support on different levels. We stand shoulder to shoulder when it comes to preservation of our democracies. My commitment to transform 🇺🇦, improve transparency & achieve peace is strong. The American partnership is crucial for Ukrainians
— Володимир Зеленський (@ZelenskyyUa) April 2, 2021