Press "Enter" to skip to content

Türkiyə Prezidentinin fikri KKTC üçün yeni mərhələnin başlanğıcıdır – VİDEO

Recep Tayyip Erdoğan: “Güç birliyi ilə Kıbrıs türklərini layiq olduğu mövqeyə gətirəcəyimizə inanıram”

Bayraqdar.info – Martın 31-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü istər dövlət başçılarının çıxışı, istərsə də qəbul edilən qərarlar baxımından dünyanın diqqət mərkəzində oldu. Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da öz növbəsində bır sıra mühüm məqamlara, o cümlədən Kıbrıs türklərinin mövcud durumuna toxundu.

KKTC-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Türk dünyasının ayrılmaz bir hissəsi olan Kıbrıs türklərilə həmrəyliyin göstərilməsinin zəruri olduğunu vurğulayan Erdoğan onların məruz qaldıqları haqsızlıqların və embarqoların ləğvi üçün lazımi köməyin əsirgənməyəcəyinə tam inandığını bildirib.

Çıxışında Kıbrıs türk xalqının Türk Şurasının mədəniyyət, təhsil, elm və idman kimi fəaliyyətlərinə qatılmasının vacibliyini də vurğulayan Türkiyə Prezidenti “Güc birliyi ilə Kıbrıs türklərini layiq olduqları mövqeyə gətirəcəyimizə inanıram”, – deyib.

Qeyd edək ki, KKTC Türk dövlətləri arasında ərazi və əhali baxımından ən kiçiyi olsa da özünün siyasi fəallığıyla seçilir. Eyni zamanda digər Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi üçün çalışır. Bu baxımdan Türk dövlətlərinin KKTC ilə ilişkilərini bir üstün səviyyəyə çatdırmasının vaxtı çatıb. Türkiyə Prezidentinin sözüylə desək, “layiq olduqları” səviyyəyə.

Mission News Theme by Compete Themes.