Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir deyib.
Onun sözlərinə artıq bu reallığı hər addımda hiss etmək mümkündür. Araşdırmaçı yazar bunu xüsusi olaraq qeyd edib ki, həyata keçiriləcək yeni regional və qlobal layihələr özlüyündə bu proseslərin sürətlənməsinə rəvac verir: “Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda digər Türk dövlət başçılarının bu proseslərlə bağlı real təkliflər səsləndirməsi, dəyişən geosiyasi vəziyyətin bariz göstəricisidir. Əvvəllər Türk dünyasının bir araya gəlib hansısa ortaq layihələri həyata keçirəcəyinə inanmayanlar indi artıq bu əməkdaşlığın önəmini vurğulayırlar. Bu da olduqca önəmli bir mərhələdir. Növbəti mərhələdə isə ortaq siyasi-iqtisadi, mədəni-humanitar çalışmaların daha da inkişaf etdirilməsi önəm daşıyacaq”.
Dr. Derya Akdemir bu prosesdə əsas aparıcı qüvvənin heç şübhəsiz Azərbaycan və Türkiyə olacağını qeyd edərək regionda müəyyən iqtisadi layihələrin həyata keçirilməsindən sonra digər Türk respublikalarının bu proseslərdə aktiv olacağını sözlərinə əlavə edib.