Bayraqdar.info – Bununla bağlı Sərəncam bu gün imzalanıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin”.
Əhməd Əhmədzadənin işdən azad edilməsilə bağlı ayrıntılar, hələlik əlçatan deyil. Lakin onu əlavə edə bilərik ki, o, 2006-cı ildən bu quruma rəhbərlik edirdi. “Şöhrət” Ordeni də daxil olmaqla bir sıra dövlət təltiflərinə layiq görülüb.