Press "Enter" to skip to content

Mikayıl Cabbarov COVID-19 peyvəndi vurdurdu və çağırış etdi

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə aparılan COVID-19 peyvənd kampaniyasına şəxsən qoşulması haqqında xəbər verib.

Nazir, özünün tvitter hesabında bu barədə belə yazıb: “#COVID-19 əleyhinə #peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir…”

O, daha sonra peyvənd vurdurmaq üçün çağırış da edib: “…Mən də #peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyyə edirəm”.

Nazir bu çağırışını ingilis dilində də paylaşıb.

Qeyd edək ki, Azərbaycan Güney Qafqaz ölkələri arasında peyvənd kampanyasına ilk başlayıb və artıq əhalinin bir milyona yaxınına ilkin, yarım milyondan çoxuna isə hər iki doza tətbiq edilib.

Mission News Theme by Compete Themes.