Bayraqdar.info – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi vətəndaşları “Davranış mədəniyyəti Konsepsiyası”nın hazırlanmasına dair sorğuda iştiraka dəvət edir.
Nazirliyin yaydığı xəbərdə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi “Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması” ilə bağlı strateji göstərişin icrası məqsədilə “Davranış mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb. Bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir”.
Bir ay davam edəcək sorğuda 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı könüllü iştirak edə bilər.
Sorğuya keçid burada.