Son yeniləmə: 1 Aprel 2021 22:25
Bayraqdar.info – Təhsil Nazirliyinin yaydığı xəbərə görə, martın ilk həftəsindən ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin vaksinasiya prosesinə başlanılıb.
“Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllimlərin, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 virusundan qorunmağı bir daha tövsiyə edir”, – deyə açıqlamada bildiririlir.