Press "Enter" to skip to content

Doktorantların və gənc tədqiqatçıların konfransı keçiriləcək

Son yeniləmə: 1 Aprel 2021 13:49

Bayraqdar.info – Bu il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.

Bu barədə Bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Naziriliyin məlumatında bildirilir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr ediləcək konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.

Konfransda:

– Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

– Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

– Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat)

istiqamətləri üzrə müzakirələr olacaq.

“Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər” – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.