Press "Enter" to skip to content

Qardaşlıq münasibətləri sahibkarların əlaqələrini də yaxşılaşdırıb

Son yeniləmə: 31 Mart 2021 15:30

Bayraqdar.info – Azərbaycanla Türkiyə arasında bir sıra sahələrdə mövcud olan əməkdaşlıq sahibkarlıq subyektləri arasında əlaqələrə də öz müsbət təsirini göstərib. Belə ki, Azərbaycanla Türkiyə hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari il martın 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, artıq sahibkarlıq subyektlərinin Dövlət Xidmətinə elektron qaydada daxil olan müraciətinə əsasən 72 min 620 kiloqram xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

“İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə sonda vurğulanıb.

Mission News Theme by Compete Themes.