Press "Enter" to skip to content

Beynəlxalq Türk Akademiyasından Azərbaycanlıların soyqırımıyla bağlı

Bayraqdar.info – Astana mərkəzli Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Qıdırəli 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayınlayıb. Bəyanatda deyilir:

“1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, yaşayış məntəqələri, tarixi mədəni abidələr, məscidlər dağıdılmışdır. Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş və bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilmişdir.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.

Beynəlxalq Türk Akademiyası olaraq, 31 Mart soyqırımı qurbanlarını rəhmətlə anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, bir daha belə qeyri-insani əməllərin baş verməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq”.

Mission News Theme by Compete Themes.