Son yeniləmə: 31 Mart 2021 16:22
Bayraqdar.info – Azərbaycan vətəndaşlarının Rumıniyada təhsillərini davam etdirməsi üçün yeni imkan yaranıb. Bu haqda xəbəri Təhsil Nazirliyi yayıb. Xəbərdə bildirilir ki, Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə elan edilən təqaüd proqramına qeydiyyat davam edir. Proqrama müraciət üçün son tarix 5 aprel 2021-ci il nəzərdə tutulub.
Xəbərə görə, icraat “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
“Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır” – xəbərdə deyilir.