Press "Enter" to skip to content

Türkiyə Gagauziyaya COVID-19 peyvənd yardımı edəcək

Bayraqdar.info – Gagauziya Başqanı İrina Vlah Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer ilə görüşüb. Bu haqda bilgini Gagauziya Başqanı administrasiyasından veriblər. Görüşdə tərəflər pandemiya, iqtisadiyyat, səhiyyə sistemindəki gərginlik və Moldovadakı ictimai-siyasi durumu müzakirə ediblər.

Başqanla səfir Türkiyədən COVID-19 peyvəndinin Gagauziyaya gətirilmə məsələsini də müzakirə edib. Cari ilin fevralında İrina Vlahın Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşündə bu məsələ də müzakirə edilmişdi.

“Xəstəliyin artımı sürətlənir. Ona görə də peyvəndləməyə başlamağımız lazımdır. Bizim bu pandemiyadan qurtulub iqtisadi problemləri necə həll edəcəyimizi düşünməyimiz vacibdir. Biz Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana yardımları üçün təşəkkür edirik”, – deyə İrina Vlah bildirib.

Gagauziya Başqanıyla Türkiyə səfiri Sənaye Kolleci və idman kompleksinin tikinti-quruculuq işləri haqqında da fikir mübadiləsi aparıb.

Mission News Theme by Compete Themes.