Son yeniləmə: 30 Mart 2021 15:18
Bayraqdar.info – Avropa Birliyi Komissiyasının Coğrafi Adlandırma Agentliyi və Avropa Biriyi Qida Güvənlik və Standartlarını müəyyən edən daimi komitəsi hellimin coğrafi qeydiyyatını təsdiq edib. Bununla da Kuzey Kıbrıs hellimnə yaşıl işıq yandırılıb.
Qurumun xəbərinə görə, verilən qərara əsasən yalnız Kıbrısda istehsal edilən və bəlli standartlara malik hellim bundan sonra “hellim və ya hallumi” adı ilə, yaxud da hər iki ad altında Avropa Birliyi bazarlarında satılacaq. Bununla bağlı məlumatda deyilir ki, AB tərəfindən hazırlanan mətndə hellimin ayrılıqda qoyun, yaxud keçi südündən, ya da qoyun və keçi südünün qarışığından, həmçinin qoyun, keçi və inək südünün qarışığından hazırlana bilinəcəyi qeyd olunur. Lakin bu zaman inək südünün miqdarı qoyun və keçi südünün miqdarından az olmalıdır.
KKTC-də istehsal edilən hellimin standartlara uyğun olub-olmadığını mərkəzi Fransada yerləşən Bureau Veritas adlı özel bir firma müəyyənləşdirəcək. AB kənd təsərrüfatı nazirlərinin də yaxın günlərdə bu mətni təsdiqələyəcəkləri gözlənilir.
Bilgi: Ana vətəni Kuzey Kıbrıs olan hellim pendiri keçi, qoyun, yaxud inək südünün qarışığından hazırlanan bir süd məhsuludur. Yarısı sərt hellim sarıya bənzər ağ rəngli pendirdir.