Press "Enter" to skip to content

Türkiyə XİN: Kimliklə səyahət əlaqələrimizi daha da yaxşılaşdıracaq

Bayraqdar.info – Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi aprelin 1-dən etibarən Azərbaycanla qarşılıqlı gediş-gəlişin yalnız kimliklə (şəxsiyyət vəsiqəsi) gerçəkləşməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, “10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında kimliklə səyahət Protokolu”nin iç təsdiqləmə sürəci hər iki ölkə baxımından sona çatmışdır. Sözügedən Protokol 1 aprel 2021-ci il etibarilə qüvvəyə minəcəkdir”.

Açıqlamada daha sonra qeyd edilir: “Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səyahətləri pasporta ehtiyac duymadan, yalnız yeni tip kimlik kartı təqdim edərək gerçəkləşdirə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarilə həyata keçəcək yeni düzənləmə ölkələrimiz arasındakı “iki dövlət – tək millət” söyləmində ifadəsini tapan güclü qardaşlıq bağlarını daha da yaxşılaşdıracaqdır”.

Mission News Theme by Compete Themes.