Press "Enter" to skip to content

Media Defence Azərbaycana, Mətbuat Şurası da ona qarşı

Azərbaycan Mətbuat Şurası

Bayraqdar.info – Azərbaycan Mətbuat Şurasından daxil olan xəbərə görə, London mərkəzli Media Defence hüquq müdafiə təşkilatı Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Buna səbəbsə Azərbaycanın ötən il oktyabrın 1-də fəal hərbi əməliyyatlar zamanı üç jurnalisti yaralaması, onların bələdçisini öldürməsi göstərilir. Media Defence-ə zərərçəkmişlərin yaxınları müraciət edib.

İddiaçı tərəfə görə, Azərbaycan dövləti bu davranışıyla Avropa İnsan Haqları Konvensiyasının tələblərini pozub.

Azərbaycan Mətbuat Şurası bu iddiaya qarşılıq olaraq Media Defence-ə müraciət edib. Müraciətdə sözügedən hadisənin yaşandığı ərazinin Azərbaycana aid olduğu, ora səfər edən jurnalistlərin məhz Azərbaycandan icazə almalı olduğu xatırladılır. Lakin həm savaşa qədər, həm də savaş günlərində bir sıra xarici jurnalistlər Azərbaycan qanunlarını heçə sayaraq əraziyə gəliblər. Belə bir durumda isə onların təhlükəsizliyinin təmin edilməsi mümkünsüz olub.

Azərbaycan Mətbuat Şurası Media Defence-in diqqətinə çatdırıb ki, savaş günlərində Ermənistanın hücumları nəticəsində bir sıra Azərbaycan jurnalistləri zərər çəkib. Onlar, Ermənistan tərəfdən gələnlərdən fərqli olaraq həmin ərazidə qanuni əsaslarla olub, informasiya toplamağa çalışıblar.

Müraciətin sonunda Media Defence-in ədalətli yanaşmasına ümid ifadə edilir.

“Sıralarında Azərbaycanın müstəqil media qurumlarını birləşdirən Azərbaycan Mətbuat Şurası ümid edir ki, Media Defence qeyd edilənləri nəzərə alacaq, özünün ədalətsiz yanaşmaya əsaslanmış himayəçilik mövqeyinə yenidən baxacaqdır. Çünki bu mövqe söz və ifadə azadlığının, jurnalist fəaliyyətinin sərbəstliyinin təmin edilməsinə dəstək yox, aşkar tərəfkeşlikdir, beynəlxalq hüququn norma və prinsiplərinə açıq sayğısızlıq niyyətlərinin gerçəkləşməsinə xidmətdir”, – deyə müraciətdə bildirilir.

Mission News Theme by Compete Themes.