Press "Enter" to skip to content

“Böyük Yunanıstan xəyalına qarşı dirənib dik durmamız lazım”.

KKTC

Bayraqdar.info – Bu sözləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türkiyənin “Milliyet” qəzetinə verdiyi açıqlamada bildirib.

KKTC Cümhurbaşqanı bildirib ki, ən yaxşı çözüm adada iki ayrı dövlətin mövcudluğudur. Çünki rumlarla birlikdə qurulacaq istənilən ortaqlıq nəticədə yenə də türklərin məzalimə uğramasına səbəb olar bilər.

“Bilirsiniz, 1960-cı ildə iki qurucu ortağın, yəni türklərlə rumların altında imzası olan bir ortaqlıq anlaşmasıyla bir baxıma funksional federasiya şəklində bir ortaklıq oluşduruldu və Türkiyə, İngiltərə və Yunanıstan da təminatçı dövlətlər oldular. Fəqət bildiyiniz kimi bu anlaşma halı 3 ildən az sürdü. Çünki 1960-cı il anlaşmalarının dərhal ardından daha mürəkkəb belə qurumadan Makariosun “biz bunu inanaraq imzaladıq, biz bunu bir baxıma ingilislərin buradan getməsini təmin etmək, ingilislər buradan çıxdıqdan sonra, yönətimi ələ aldıqdan sonra, buz ondan sonra Kıbrısı Yunanıstana necə bağlaya bilərik deyə etdik” şəklində açıqlamaları vardır. İndi baxdığımızda yenə hələ də böyük Yunanıstan xəyalıyla çalışırlar. Kıbrıs türk xalqının dirənməsi lazım, dik durması lazım, biz onu edirik”, – deyə KKTC Cümhurbaşqanı bildirib.

Qeyd edək ki, rumların zülmü altında davamlı basqılar sonucu 1960-lardan sonra Kıbrıs adasında durum çox gərginləşmiş, türklərin soyqırıma uğradılması üçün geniş tətbiqatlar gerçəkləşdirilmişdi. Məhz buna görə də 1974-cü ildə Türkiyənin ovaxtkı Baş naziri Bülent Ecevitin təlimatıyla Türkiyə ordusu adaya yerləşərək Kıbrıs türklərini yox olmaqdan qorumuşdu. Lakin aradan bu qədər illər keçməsinə baxmayaraq rumlar və onların arxasındakı Yunanıstan hələ də düşmən münasibətdən imtina etmir. Ona görə də tək çıxış yolu KKTC Cümhurbaşqanı Ersin Tatarın dediyi kimi, adada iki ayrı dövlətin rəsmən və qarşılıqlı tanınmasıdır.

Mission News Theme by Compete Themes.