Son yeniləmə: 29 Mart 2021 13:14
Bayraqdar.info – ƏSA Teatrı Beynəlxalq Teatr Günü münasibətilə “Pandemiya aktyoru” adlı videoçarxlar hazırlayıb.
Qurumdan verilən xəbərə görə, teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən videoçarxlar teatrların pandemiya səbəbindən bir ildən çoxdur fəaliyyətlərini dayandırması və aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunur.
Videoçarxların müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirib ki, teatrların bir ildən çox fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salmaqla yanaşı həm də passivləşdirir. Bu səbəbdən teatrımız bu günü rəqəmli formada və məhz bu mövzuda qeyd etmək qərarına gəlib.
Qeyd edək ki, Beynəlxalq Teatr Günü hər il martın 27-də qeyd edilir.