Press "Enter" to skip to content

Türklərə qarşı bolqar zülmünün acıları hələ də davam edir

Bayraqdar.info – Məlum olduğu kimi ötən əsrin ortalarında Bolqarıstanda keçmiş SSRİ-nin təsiri altında kommunizm rejimi qurulduqdan sonra bu ölkədəki türklərin haqları bir-bir əllərindən alınır. Xüsusilə də qatı türk düşməni kimi tanınan Todor Jivkovun Bolqarıstan Kommunist Partiyasının rəhbəri seçilməsindən sonra bu ölkədəki türklər görünməmiş zülmlərə məruz qalırlar. Belə ki, məhz Jivkovun göstərişi ilə “mədəni inqilab” adı altında türklərə qarşı assimilyasiya siyasəti başladılır, türk dilində danışmaq, qadınların hicab geyinməsi və uşaqlar üçün sünnət qadağan edilir. Ən dəhşətlisi isə türklərə qarşı başladılan addəyişmə kampaniyası olur. “Soya qayıdış prosesi” (“Vazroditelen protses”) adı verilən bu kampaniyanı aparan Jivkov və komandası guya Osmanlı dönəmində zorla türkləşdirilmiş olan bolqarların bolqar adlarını könüllü olaraq geri aldıqlarını iddia edir.

Məlumat üçün bildirək ki, 1984-cü ilidə türklərə qarşı başladılan addəyişdirmə əməliyyatı nəticəsində 1 milyon 390 min Bolqarıstan türkünün adları zorla dəyişdirilir, onlara qondarma bolqar ad və soyadı verilir.

Onu da bildirək ki, həmin vaxt antitürk siyasətindən əziyyət çəkənlər arasında hazırda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Erenin nənəsi və anası da olub. Bu barədə facebookdakı statusunda bəhs edən Abdullah Eren ağaşıdakıları yazıb: “Bolqarıstanda kommunist dönəmində türkcə danışmaq qadağan olunmuşdu. Danışanlara cəza yazılırdı. Bir gün parkda türkcə danişdılar deyə anama və nənəmə 5 leva cəza kəsirlər. Nənəm də anama “qızım, 10 leva ver” deyir. Anam “niyə” deyə soruşanda nənəm “mən başqa dil bilməm. Danışmağa davam edəcəm” cavabını verir”.

Mission News Theme by Compete Themes.