Bayraqdar.info – İraq türklərinin əsas təşkilatı olan İraq Türkmən Cəbhəsinin (İTC) başqanı, İraq millət vəkili Ərşad Salihi qurumdakı vəzisəfindən ayrılıb. Bu haqda xəbəri İTC-dəki mənbələr yayıb. Eyni zamanda İraqlı türkmən fəallar da məsələylə bağlı qızğın müzakirə aparır.
İraq türklərinin önəmli simalarından olan Şəmsəddin Küzəçinin də bayraqdar.info-ya verdiyi bilgiyə görə, İTC yönətim qurulu 28 mart 2021-ci ildə Kərkükdə növbədənkənar toplantı keçirib. Geniş heyətlə keçirilən toplantıda bir sıra önəmli qərarlar verilib. Bildirilir ki, gənclərin önünü açmaq məqsədilə İTC rəhbərliyində bir sıra dəyişiklərə gedilməsi qərarlaşdırılıb.
Qərara görə,
Ərşad Salihi Bağdadda siyasi işləri daha keyfiyyətli yürüdə bilmək üçün İTC başqanı görəvini yardımçısı Hasan Turana verəcək;
İTC başqan yardımçısı Haydar Qəssabın yerinə Hişam Bayraqdar görəvləndirilir;
İTC 2-ci başqan yardımçısı Hasan Turandan boşalan görəvə isə Heysəm Haşim Muxtaroğlu görəvləndirilir.
Bayraqdar.info olaraq İTC ilə bağlı gəlişmələri izləməyə davam edəcəyik.