Press "Enter" to skip to content

Gənclərdən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Twitter aksiyası

Son yeniləmə: 27 Mart 2021 21:51

Bayraqdar.info – “İrəli” İctimai Birliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Twitter-də yeni aksiya həyata keçirəcək. İctimai Birlikdən verilən məlumata görə, aksiyanın məqsədi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında geniş məlumatlandırma işi aparmaqdır.

Aksiyaya qoşulmaq istəyən hər kəs Twitter-də #31MarchGenocide, #Azerbaijan, #ireli2021, #WeRemember həştəqlərindən istifadə edərək Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.

Mission News Theme by Compete Themes.