Press "Enter" to skip to content

Türkiyə dövləti Çindəki uyğurların taleyinə biganə deyil

Bayraqdar.info – Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkəsində səfərdə olan Çinin Xarici işlər naziri Vang Yi ilə ikitərəfli görüşdə uyğurlarla bağlı ölkəsinin rahatsızlığını da qonağın diqqətinə çatdırıb. Bu haqda Mevlüt Çavuşoğlu özünün Tvitter hesabında yazıb. O, eyni zamanda digər məsələlər haqqında fikir mübadiləsi apardıqlarını da bildirib.

“Çinin Xarici işlər naziri Vang Yi ilə diplomatik əlaqələrimizin 50-ci ildönümündə iqtisadi işbirliyi potensialını müzakirə etdik. Pandemiya ilə mübarizə və peyvəndləmə məsələsində işbirliyimizi davam etdirəcəyik. Uyğur türklərilə bağlı həssaslığımızı və düşüncələrimizi çatdırdıq”, – deyə Mevlüt Çavuşoğlu yazıb.

Qeyd edək ki, Türkiyə müxalifəti AKP hökumətini Çinin davamlı zülmü altında əziyyət çəkən Doğu Türküstanın uyğur türklərinə biganəlikdə ittiham edir. Müxaliflərə görə, iqtidar Çinlə iqtisadi maraqları önə çəkərək uyğur məsələsini görməzdən gəlir. Lakin AKP hökuməti də bunun yalan olduğunu, uyğurları heç vaxt unutmadıqlarını deyir.

Göründüyü kimi, iqtidar partiyası heç də iddia edildiyi kimi uyğur məsələsinə duyarsız deyil. Əksinə, məsələni ən yüksək səviyyədə dilə gətirib çözümü üçün çalışır.

Mission News Theme by Compete Themes.