Press "Enter" to skip to content

Qida təhlükəsizliyi ilə bağlı cəza tədbirləri görülüb

Son yeniləmə: 26 Mart 2021 19:03

Bayraqdar.info – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib.

Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Mission News Theme by Compete Themes.