Press "Enter" to skip to content

Azərbaycan döyüşçüləri bacarıqlarını möhkəmləndirir – VİDEO

Son yeniləmə: 26 Mart 2021 14:19

Bayraqdar.info – “Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir”. Bu fikirlər Müdafiə Nazirliyinin martın 26-da yaydığı açıqlamadandır.

Açıqlamada daha sonra qeyd edilir ki, “ixtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib. Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb”.

Nazirlik onu da bildirib ki, “davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətdə açılma hədlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir”.

Mission News Theme by Compete Themes.