Press "Enter" to skip to content

“Tovuzdan Qarabağa: Güney Qafqazdakı savaşın əhatəli təhlili”

Son yeniləmə: 25 Mart 2021 12:23

Bayraqdar.info – Başlıq, beynəlxalq mükafat laureatı, təhlilçi və yayımçı jurnalist Malik Əyyub Sumbalın bu yaxınlarda dərc edilmiş kitabının adıdır. Müəllifin verdiyi xəbərə görə, Pakistanda ingiliscə dərc edilmiş kitabda, adından da göründüyü kimi, 2020-ci ilin iyul ayında Ermənistanın təxribatı sonucu Tovuz istiqamətində baş vermiş döyüşlərdən çıxış edilərək ümumilikdə Qarabağ məsələsi əksini tapıb.

Kitabda uzun illərdən sonra Ermənistanla Azərbaycanın yenidən tam həcmli savaşa necə gəlib çıxması əksini tapır.

“Tovuz qarşıdurmasının ardından Ermənistan Dağlıq Qarabağda nəzarəti itirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini davam etdirə bilmək üçün ciddi çətinliklərlə üz-üzədir. Çünki o, ermənilərin etimadını tam olaraq itirib. Bu kitab həm də Güney Qafqazda meydana gəlməkdə olan inkişafı, təhlükəsizlik məsələlərini izah etməyə cəhddir. Burada eyni zamanda Qarabağ münaqişəsinin həllində beynəlxalq qurumların uğursuz fəaliyyəti də təhlil edilir”- deyə kitabla bağlı açıqlamada qeyd edilir.

“Tovuzdan Qarabağa: Güney Qafqazdakı savaşın əhatəli təhlili” Azərbaycan xalqının 30 ilə yaxın dözüb sonda öz istəyinə çatmasına diqqət yönəldən bir kitabdır.

Yeri gəlmişkən, arzu edənlər kitabı Amazon.com saytından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.