Press "Enter" to skip to content

“İrəli” İB-dən karantini fürsətə çevirmə örnəyi

Son yeniləmə: 25 Mart 2021 11:58

Bayraqdar.info – “İrəli” İctimai Birliyi dinamik, daima yeniliyə və inkişafa can atan gənclərin faydalana biləcəyi bir layihəyə başlayır. Qurum 25 mart – 25 aprel müddətini “All Digital Month” (Tam bir rəqəmsal ay) elan edir. Bir ay ərzində “İrəli” İB onlayn formatda müxtəlif mövzularda öyrədici və əyləncəli təlimlər, vebinarlar, görüşlər və intellektual oyunlar həyata keçirməyi planlaşdırır.

İctimai Birlikdən verilən məlumata görə, bu mövzulara beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, CV və motivasiya məktublarının yazılması, karyera seçimi, gənclərlə işin təşkili, sosial şəbəkələrdən istifadə qaydaları, bədən dili, psixologiya, hüquq, tənqidi düşüncə və s. aiddir.

Həmçinin qazilər, yazıçılar və bəstəkarlarla onlayn görüşlərin keçirilməsi də nəzərdə tutulub. Karantin rejimi qaydalarına uyğun şəkildə həyata keçirilən layihənin əsas məqsədi gənclərin:

1. Asudə vaxtının səmərəli şəkildə təşkili;
2. Rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi;
3. Onlayn resurslar haqqında məlumatlılığının artırılması;
4. Peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsi;
5. Mövcud vəziyyətdə fərqli istiqamətlər üzrə maarifləndirilməsidir.

Rəqəmsal ay layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətdir. Keçən il də karantin şəraitində uğurla həyata keçirilmiş bu layihənin ilkin mərhələsində 30-dan çox gənc iştirak edib.

Mission News Theme by Compete Themes.