Press "Enter" to skip to content

Gagauziya Türkmənistanla işbirliyini dərinləşdirməkdə maraqlıdır

Bayraqdar.info – Gagauziya Başqanı İrina Vlah martın 24-də onlayn rejimdə Türkmənistanın Ukraynadakı səfiri Toylı Atayevlə görüş keçirib. Xəbəri Gagauziya Başqanının administrasiyası yayıb.

İrina Vlah səfiri vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

Tərəflər əsasən bütün dünyada iqtisadiyyata təsir edən pandemiya ilə mübarizə haqqında fikir mübadiləsi aparıblar.

Gagauziya Başqanı Çeşməköy məntəqəsində uşaq bağçasının tikintisini gerçəkləşdirdiyi üçün Türkmənistana təşəkkürünü bildirib. Bu layihə 2017-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədovun şəxsi təşəbbüsü və nəzarəti altında gerçəkləşdirilib.

İrina Vlah və Toylı Atayev Gagauziya ərazisində görülə biləcək yeni işlərlə bağlı imkanları da müzakirə ediblər.

“Gagauz və türkmən xalqları dil və mədəniyyət baxımından bir-birinə yaxındır. Humanitar məsələlər üzrə işbirliyi sahəsində bizim zəngin təcrübəmiz var. Bütün bu potensialdan istifadə etməkdə maraqlıyıq. Əlaqələrimizi genişləndirmək, uzun vədəli iqtisadi münasibətlər qurmaq, Gagauziyanın inkişafda olan sənaye sahələrinə yatırımlar cəlb etmək istərdik”, – deyə İrina Vlah bildirib.

Əlavə edək ki, 2020-ci ildən Türkmənistanın Ukraynadakı səfiri təyin edilmiş Toylı Atayev buna qədər bir səra başqa ölkələrdə səfir kimi işləyib, eyni zamanda 2012-14-cü illərdə ölkəsinin Xarici işlər naziri olub.

Mission News Theme by Compete Themes.