Press "Enter" to skip to content

Bakının Fəvvarələr Meydanında maraqlı görüntülər

Son yeniləmə: 25 Mart 2021 09:32

Sevda ƏSKƏR

Yeniliklər həmişə diqqətçəkən olur. Novruz bayramı günlərində şəhərin küçələrində binaların fərqli işıqlandırılması, paytaxtda Novruz personajlarının dolaşması, bayram atributları ilə bəzənmiş şəhər bu il bizə fərqli sevinc yaşatdı.

Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsinin qələbə ruhu sanki bütün ölkəmizə yayılıb. Qarabağımızın gözü olan Şuşada ölkəmizin başçısı tərəfindən bayram tonqalının alovlandırılması bu il dünyadakı bütün azərbaycanlılara qürurverici anlar yaşatdı.

Bu yeniliklərdə təbiətə, onun faunasına sevgi yaratmaq üçün hazırlanmış maraqlı kompozisiyalar bir ayrı duyğuya səbəb olur.

Bugünlərdə Fəvvarələr Meydanında olarkən ağaclarda hazırlanmış fauna kompozisiyaları diqqətimi çəkdi. Əvvəlcə ağacı qucaqlayan şəkildə quş yuvaları, onun ardınca isə iki ağacın arasında yellənən meymun fiquru çox xoşuma gəldi.

Şəhərin görüntüsünə sanki bir al-əlvanlıq qatan bu fiqurlar digər ağaclardan da bizə boylanırdı.

Dimdiyini ağaca vuran ağacdələn, ağacı qucaqlamış panda, birlikdə şam qozası yeyən dələlər, rəngli tutuquşular və ağıllı bayquş maketləri o qədər maraqlı və rəngarəng idi ki, şəhərə məxsusi bir gözəllik verirdi…

Belə fauna görüntüləri insanlarda və xüsusilə də uşaqlarda heyvan və quşlara bir sevgi və diqqət formalaşdırır. Balaca uşaqlar quşların yuvalarına baxıb anlayırlar ki, onlar üçün belə evciklər düzəltmək lazımdır. Heyvanları isə qorumaq və onların qayğısına qalmaqla humanist hərəkət etmək vacibdir.

Uzun sözə nə hacət? Buyurun, şəkillərə baxın.

 

 

 

Mission News Theme by Compete Themes.