Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanından vəfa açıqlaması

Son yeniləmə: 24 Mart 2021 17:20

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar rum məzaliminə qarşı mübarizəsilə, eləcə də siyasi aləmdəki roluyla fərqlənmiş mərhum Baş nazir Osman Örekin ölümünün 22-ci ildönümüylə bağlı açıqlama yayıb.

KKTC Cumhurbaşqanlığının yaydığı xəbərə görə, Ersin Tatar rəhmət və minnətlə andığı Osman Öreki “rum liderliyinin Enosis mücadiləsini yüksəltdiyi o qaranlıq günlərdə Kıbrıs türk xalqının varlığını, özgürlüyünü, şərəfini qorumaq üçün mücadiləyə atılan” liderlərdən biri kimi dəyərləndirib.

KKTC Cumhurbaşqanı Osman Öreki Kıbrıs türklərinin mücadiləsində qəhrəmanlıqlarıyla yadda qalan Dr. Fazıl Küçük və Rauf Denktaşla bərabər qeyd etməklə birlikdə onun beynəlxalq platformalarda apardığı haqq davasını vurğulayıb.

“Osman Örek, Türk Müqavimət Təşkilatı qurucuları arasında yer alarkən, 1959-cu ildə London konfranslarında Dr. Fazıl Küçük və Rauf Denktaşla birlikdə xalqımızı təmsil edərkən Kıbrıs Cümhuriyyətinin quruluş anlaşmalarını hazırlayan London Komitəsində türk toplumu heyəti başqanlığını yürütdü. Kıbrıs Cümhuriyyəti dönəmində Müdafiə naziri olaraq görəvləndirilən Osman Örek Enosis hədəfli qanlı yeni il hücumlarından sonra təşkil edilən Ümumi Komitədə görəv aldı və Birləşmiş Millətlərlə ilişkiləri yürütdü. Muxtar Kıbrıs Türk Yönətimi və daha sonra Kıbrıs Türk Federal Dövləti başqan yardımçılığı, Baş nazir və Məclis başqanlığı görəvlərində bulunan Osman Örek KKTC-nin elanından sonra Qurucu Məclisdə də görəv yapdı”, – deyə Ersin Tatarın açıqlamasında bildirilir.

Qeyd edək ki, tarixə “Qanlı Yeni İl” adıyla keçmiş olaylar 1963-cü ilin 21 dekabra keçən gecə baş verib. Kıbrıs rumlarının dinc türklərə hücum etməsi sonucu ən azı 364 türkün öldürüldüyü bilinir.

Mission News Theme by Compete Themes.