Press "Enter" to skip to content

Azərbaycanın futbol millisi ard-arda 3 görüş keçirəcək

Bayraqdar.info – Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yola düşüb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın mediaya verdiyi məlumata görə, yığma Heydər Əliyev hava limanından çarter reysi ilə matçın keçiriləcəyi Turin şəhərinə yollanıb.

Dünən UEFA xətti ilə koronavirus testindən keçən milli üzvlərinin heç birində infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyanın “Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda qarşılaşacaq.

Bu iki oyun arasında – martın 27-də isə millimiz Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Mission News Theme by Compete Themes.