Bayraqdar.info – Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bilgiyə görə, martın 23-24-də Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Görüşdə nazirlərin 2021-ci il üçün nəzərdə tutulmuş dövlət başçıları toplantısına hazırlıqlarla bağlı fikir mübadiləsi aparacağı bildirilir. Eyni zamanda qurumun siyasi rolunun artırılmasına hədəflənən “NATO 2030 – yansıtma prosesi” də müzakirə ediləcək.
Görüş iştirakçılarının Avro-Atlantik məkanda təhlükəsizlik məsələlərinin durumunu dəyərləndirəcəyi, eyni zamanda digər məsələləri müzakirə edəcəyi gözlənilir.
Görüşdə Türkiyəni Xarici işlər naziri Mevlüt Çavuşoğlu təmsil edəcək. Onun ikitərəfli görüşlər keçirəcəyi də bildirilir.