Bayraqdar.info – Türkiyənin, qısa adı “İstanbul Sözləşməsi” olan “Qadınlara qarşı şiddət, ailə içi şiddətin önlənməsi və bunlarla mücadiləyə dair Avropa Şurası Sözləşməsi”ndən çıxması hələ də müzakirə mövzusu olaraq qalır. Ona görə də Türkiyə Xarici İşlər Nazirliyi martın 21-də bununla bağlı əlavə açıqlama verməli olub.
Qurumdan verilən bilgiyə görə, “Türkiyə Cümhuriyyəti haqlarının irəlilətilməsində, ictimai rolunun gücləndirilməsində və şiddətə qarşı qorunmasında daim qadının yanında olmuşdur”.
“İstanbul Sözləşməsi”nin qadına qarşı şiddəti önləmək üçün qəbul edildiyi, lakin sənədin bəzi elementlərinin cəmiyyətdə rahatsızlığa səbəb olduğu da qeyd edilən açıqlamada deyilir: “Sözləşmənin məzmunundakı elementlər və çeşidli tətbiqlər ictimai rəydə həssaslıq yaratmış və tənqidlərə səbəb olmuşdur. Əsasən Avropa Şurası içində də bir sıra ölkələrdə Sözləşməylə bağlı müzakirələr yaşanmaqda olub onu imzalamış bəzi ölkələr təsdiqləməkdən çəkinmişdir”.
Daha sonra qeyd edilir ki, “Türkiyənin Sözləşmədən çəkilməsi qadına qarşı şiddətlə mücadilədən geri çəkilməsi kimi anlaşılmamalıdır”.
“Türkiyənin milli məsələlərində qadın haqları ən irəli normalarla güvəncə altına alınmışdır. Ölkəmiz bu vaxta qədər olduğu kimi bundan sonra da qadına qarşı şiddətə sıfır dözümlülük göstərəcək. Ayrıca qadın haqlarının daha da gücləndirilməsi və qadına qarşı şiddətlə mücadilənin daha təsirli davam etdirilməsi amacıyla gərəkli bütün tədbirləri uyğun qurum və quruluşlarla birlikdə gerçəkləşdirməyə davam edəcəkdir”, – deyə açıqlamada bildirilir.