Press "Enter" to skip to content

4 dildə, 7 ölkədə, ümumilikdə 18 internet resursunda

Son yeniləmə: 22 Mart 2021 17:33

Ağdam səfərimiz haqqında hesabat-yazı

Azər HƏSRƏT, @azerhasret

Martın 13-də Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə bir qrup ictimai fəal və jurnalistin Ağdama səfəri bu gün də müzakirə mövzusudur. Təəssüflər olsun ki, bəzi şəxslər səfərin əsas məramını bir kənara qoyub gərəksiz müzakirələrə səbəb olur. O müzakirələrdən biri də “niyə məni aparmadılar, filankəsi apardılar” kimi cılız yanaşma üzərində qurulub. Hətta bir az da irəli gedib bizim kimi insanların ora getməsindən rahatsızlıq ifadə edənlər var. Üstəlik, iddia edirlər ki, biz ora kiminləsə şəkil çəkdirmək üçün getmişikmiş…

Bir də iddia edirlər ki, ora gedənlər heç nə yazmadı, yaza bilmir, yaxud da yazdıqları bir şey deyil. Düzdür, bəzi tənqidçilər üzümə deyir ki, bu sözlər mənə aid edilə bilməz. Amma arxada başqa söz deyənlərin olduğu da şübhəsizdir. Və həmin o şəxslər ictimai rəyi çaşdırıb bizə qarşı istifadə etməyə çalışırlar. Ona görə də hər zamankı kimi hesabat verməyi uyğun görürük.

Bu arada irəli qaçaraq qeyd edim ki, orada kiminləsə özəl olaraq şəkil çəkdirməyə ümumiyyətlə meyl etmədim və belə bir məqsədim də yoxdu. Lakin əgər kimlərsə kiminləsə şəkil çəkdirib, bunu paylaşıbsa bunda da qəbahət görmürəm. Normal haldır və anlayışla yanaşmaq doğru olardı.

Beləliklə, keçirəm əsas məsələyə.

Ağdam səfərimdə mümkün qədər çox çəkiliş etməyə, əlavə bilgi toplamağa çalışdım. Hazırda əlimdə yüzədək şəkil, ümumilikdə bir saata qədər videoçəkiliş var. Demək olar ki, gördüyüm hər yeri çəkmişəm. Təbii ki, onların bəzilərindən indi istifadə edirəm. Bəzilərindən də gərək olduqca gələcəkdə istifadə edəcəyəm. Əsasən də sosial media kampaniyalarında, yaxud da yazı və çıxışlarımda.

Burada onu da qeyd edim ki, elə Ağdama çatmamış – artıq yolda olarkən paylaşımlara başlamışdım. Bu gün də o paylaşımları davam etdirirəm.

Beləliklə, ilk işim tək-tək şəkillər, ardından da 6 dəqiqəlik video paylaşmaqla başladı. Sosial mediada etdiyim bu paylaşımlar daha çox daxili auditoriyaya hesablanmışdı. Lakin əsas iş bu deyil əlbəttə. Ən gərəklisi səsimizi dünyaya çatdırmaqdır ki, məhz onun üzərində işləməyə üstünlük verdim.

İlk işlərimdən biri səfərdən 3 gün sonra – martın 16-da 6 dəqiqəlik videonu YouTube kanalımda, bir neçə gün sonra da Facebook-da paylaşmaq oldu (Az, En və Ru dillərində mətnin müşayiətilə, sonradan yazılarda istifadə etmək üçün):

https://www.youtube.com/watch?v=VPX7BnJC2VI
https://fb.watch/4ogF0TIWST

Ardından da “Erməni xislətinin ən yaxşı sübutu: Ağdamın qalıqları – VİDEO/FOTOLAR” adlı yazı yazdım. Azərbaycan dilində yazılmış, şəkillər və video ilə zənginləşdirilmiş bu geniş yazını həmin gündən sonra da bir sıra resurslarda dərc etdirdim:

AzerHasret.com – http://www.azerhasret.com/?p=6839
AzerForum – https://bit.ly/392dm9g
Xəbər Media – https://bit.ly/3r8P8Ax
Vatan Press (Qazaxıstan) – http://www.vatanpress.com/?p=20491
Eurasia Diary – https://bit.ly/2PbEZFU

Daha sonra yazını rus dilinə çevirib Azərbaycanda və ölkədən kənarda dərc edilməsinə çalışdım:

AzerHasret.com – http://www.azerhasret.com/?p=6845
Golden Bridge (Qırğızıstan) – https://bit.ly/3tK8VYM
Eurasia News (Qazaxıstan) – https://bit.ly/3vLU5CN
Eurasia Diary – https://bit.ly/3sn7EGV

Bunun ardınca yazını türkcəyə çevirdim. Bolqarıstandan başlamaqla xaricdə dərcinə nail oldum:

AzerHasret.com – http://www.azerhasret.com/?p=6848
Kırcaali Haber (Bolqarıstan) – https://bit.ly/3saTqbU
Kerkük Gazetesi (İraq) – https://bit.ly/3f4Vn5Y
Milliyet (Türkiyə) – https://bit.ly/3scejmT
Ankara-Baku (Türkiyə) – https://bit.ly/31568wX

Və sonda yazını ingilis dilinə çevirib ABŞ-da da dərc etdirdim:

AzerHasret.com – http://www.azerhasret.com/?p=6854
Turkish News (ABŞ) – https://bit.ly/3tGyutC
Eurasia Diary – https://bit.ly/313g1en

Mümkündür ki, biz bu sətirləri yazarkən də sözügedən yazımız ayrı-ayrı resurslarda dərc edilmiş olacaq. İndilikdə isə bu qədərini təqdim etməklə yetinirik. Biz hələlik bu qədərini təqdim etməklə bəzi şəxslərə göstərmək istərdik ki, Ağdama sadəcə turist kimi, kiminləsə şəkil çəkdirmək üçün getmədik. Bizim səfərimizin məqsədi orada gördüklərimizi dünyaya göstərmək idi ki, şəxsən mən öz adıma az iş görmüş sayılmaram. Bu yazıda Facebook, Twitter, Linkedin, Telegram, BiP üzərindən etdiyim paylaşımları təqdim etmirəm demək olar ki. Onların sayı heç də bu yazılardan az deyil.

Bütün bunlar bir yana. Nəzərə alsaq ki, beynəlxalq platformalarda fəal şəkildə iştirak edirəm, hələ ki, işim bitmiş sayılmaz. Yəni Ağdamda gözümlə görüb çəkdiklərimi bundan sonra uzun müddət həm də beynəlxalq platformalardan təqdim edəcəyəm. Yaxud da, yeri gəldikcə çıxışlarımın gözünə qatıb diqqətə çatdıracağam. (Bu üsuldan çox istifadə edirəm bir qayda olaraq.) Demək istədiyim odur ki, Ağdama getmək şəxsən mənə xeyli material verib ki, o materialla Azərbaycanın informasiya savaşında çox ciddi həmlələr etmək imkanım yaranıb. İndi sual edirəm, mənim kimi insanların ora aparılmasından niyə bəzi şəxslər narahat olur? Yaxud da o narahat olanların özləri necə, mənim gördüyüm işləri görə biləcəkdilərmi? Əmin deyiləm. Çünki onların bəzilərinin işi elə yalnız mız qoymaqdan, görülən işlərə pəl vurmaqdan ibarətdir. Halbuki Ağdama getməyən, lakin bu yöndə olduqca geniş iş görənlər də var ki, onların səsi heç eşidilmir. Yəni adamlar nəyəsə mız qoymağa deyil, milli davamızı yürütməyə xərcləyir öz enerjilərini.

Sonda yekun olaraq ümumiləşdirilmiş rəqəmləri təqdim etmək istərdim.

Yazımız 4 dildə – Azərbaycan, türk, ingilis və rusca yayımlandı. Orijinalı Azərbaycanca yazıb digər dillərə də şəxsən özüm tərcümə etdim.

Azərbaycan, ABŞ, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, İraq və Türkiyə olmaqla ümumilikdə 7 ölkədə dərc etdirdik yazımızı.

Hər 4 dildə olan yazı ölkə içində və dışında olmaqla 18 ayrı internet resursunda dərc edildi.

Biz, əlbəttə ki, sosial media paylaşımlarımızı və ya başqlarının paylaşımlarını bura əlavə etmirik.

İndi bir daha bizə irad tutan, Ağdama aparılmağımızı sindirə bilməyənlərə üz tuturam: bütün bu işləri görə biləcək adamı Ağdam səfərinə dəvət edənlər doğrudanmı yanlış qərar vermişdilər? Nəzərə alaq ki, səfərin təşəbbüskarı şəxsən Prezident İlham Əliyevin özü olub. Onun tapşırığı əsasında təşkil edilən səfərdə bizi Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət etdi. Haqqında daim xoş sözlər söylənən Hikmət müəllimlə şəkil çəkdirmək isə təbii olaraq hər kəsin ürəyindən keçirdi. Ona görə də fürsət olduqca bəzi həmkarlarımız onunla şəkil çəkdirdilər. Mənsə buna cəhd belə etmədim. Çünki bilirdim ki, şəkil çəkdirsəm dərhal bəzi qüvvələr bundan nəsə düzəldib diqqətimizi yayındıracaqlar. Lakin onu da deyim ki, Hikmət Hacıyevlə ilk dəfə deyil ki, yola çıxır, birgə iş görürük. Bir-birimizi yetərincə yaxşı tanıyırıq və bu tanışlığımız milli maraqlara xidmət üçün çox gərəklidir.

Elə yazıma da Hikmət Hacıyevlə bir neçə il öncə xaricdə ATƏT-in bir tədbirində birgə iştirakımızdan bir şəkli əlavə edirəm.

Sağ olsun, fəal həmkarlarımızdan olan, Ağdama gedəcəyi təqdirdə çox fayda verə biləcəyi şübhəsiz olsa da bizimlə olmayan Əhməd Şahidov paylaşdı bu şəkli. Səfərə dəvət edilməməsilə bağlı bir kəlmə də olsun irad bildirmədən başını aşağı salıb milli davamıza töhfə verməkdədir bu şəxs. Təkrar olsa da deyirəm: savaş günlərində və ondan sonrakı günlərdə Əhməd Şahidov Əl Cəzirə, Əl Arabiyyə, Sky News, TRT başda olmaqla bir çox xarici TV kanallarında 100 dəfədən artıq çıxış edib. Amma haqqı olsa da bəziləri kimi oturub “niyə məni harasa aparmadılar” davası döymür. İşini görür. Nəticələri də var. Özü də çox böyük nəticələri…

Sözardı: Bu yazını yazarkən internetdə bəzi dəqiqləşdirmələr aparırdım ki, qarşıma bir xəbər çıxdı. Şəxsimlə bağlı. Bugünlərdə yeni bir media qurumunu ictimaiyyətə təqdim etməyə hazırlaşırıq. Bunun anonsunu vermişik artıq. Baxıram ki, bəzi saytlarda bunu “filankəsin adamı sayt qurur” adı altında təqdim edirlər. Halbuki bu adamlar o cür xəbər yazacaqlarına Ağdamla bağlı yazımı dərc edib millətə faydalı ola bilərdilər. Hə, bir də yazını şəxsən göndərdiklərim oldu. Dərc etmədilər. Bunu da yazdıq dəftərimizin bir qırağına…

Dədəli, Xaçmaz

Mission News Theme by Compete Themes.