Press "Enter" to skip to content

İraq Türkmən Birliyi və Dayanışma Dərnəyi ümumi yığıncağı

Son yeniləmə: 21 Mart 2021 20:57

Bayraqdar.info – İraq Türkmən Birliyi və Dayanışma Dərnəyinin növbəti (11-ci) ümumi yığıncağı keçirilib. Qurumdan verilən bilgiyə görə, yığıncaq 20 mart 2021-ci il tarixində Antalyada – Muratpaşa Bələdiyyəsi, Abdullah Sevimçok Sivil Toplum və İnnovasiya Mərkəzlərində (ASSİM) baş tutub.

Qurumun İdarə Heyətinin başqanı Dr. Kürşat Çavuşoğlu açılış çıxışını etdikdən sonra Divan Heyəti seçilib. Bu iş üçün toplantı iştirakçıları Hikmet Kenan Yozgatlı, Melahat Yücetürk və Oral Saatçini uyğun görüblər.

Bunun ardından da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardından da milli marş oxunub. Daha sonra gündəm maddələri müzakirə edilib, fəaliyyət və təftiş hesabatları dinlənilib. Hesabatlar səs birliyi ilə qəbul edilib.

Sonda yeni dönəm üçün İdarə Heyəti və Təftiş Komissiyasının tərkibi seçilib. Dr. Kürşat Çavuşoğlu yenidən İdarə Heyətinin başqanı seçilib.

Eyni zamanda Mustafa Avcı başqan yardımçısı, Kazım Esved Kerküklü katib, Oral Avcı mühasib, Tülin Çavuşoğlu üzv olaraq İdarə Heyətinə seçilib.

Mission News Theme by Compete Themes.