Bayraqdar.info – Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Azərbaycana turist səfərinə gəlmiş ərəb əsilli xarici vətəndaşlar göyərçinlərlə rəhmsiz davranışa görə cərimə edilib.
Xəbərdə deyilir ki, “ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb”.
Burada o da məlum olub ki, “təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub”.
Məsələni Nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ictimailəşdirib.