Son yeniləmə: 20 Mart 2021 19:48
Bayraqdar.info – Martın 19-da Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan “Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sənədi daha öncə təsdiqlədiyi üçün artıq qüvvəyə minmiş sayılır.
Memoranduma görə, hər iki ölkə birlikdə bu sənəd çərçivəsində ortaq “Media platforması” quracaq. Platforma həm Türkiyə, həm də Azərbaycanın bu müstəvidə ortaq maraqlar üçün birgə hərəkətini nəzərdə tutur.
Qeyd edək ki, 6 maddəlik sənəd 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanıb. Sənədi Türkiyə adına Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Fahrettin Altun, Azərbaycan adına isə Prezidentin Xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev imzalamışdı.
Xəbəri Türkiyə Cümhurbaşqanlığı yayıb.