Press "Enter" to skip to content

Təhsil Nazirliyindən təqdirəlayiq davranış

Bayraqdar.info – Azərbaycan Respublikasının Təhsil Nazirliyi Vətən savaşı şəhidlərinin ailə üzvləri və qazilərlə bağlı təqdirəlayiq addım atıb. Nazirlikdən verilən xəbərə görə, “şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib”.

İctimaiyyətə təqdim edilən xəbərdə qeyd edilir ki, martın 19-dək Nazirliyə “şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 319 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 188 müraciət müsbət həllini tapıb”.

Nazirlik bu istiqamətdə işini davam etdirəcəyini də bildirib.

Mission News Theme by Compete Themes.