Press "Enter" to skip to content

Yunanıstandakı türk azlıq yenə də hədəfdə

Bayraqdar.info – Avropa Batı Trakya Türkləri Federasiyasından (ABTTF) bayraqdar.info-ya daxil olan məlumata görə, Yunanıstan dövləti türk azlığa qarşı ayrıseçkiliyi daha da şiddətləndirib.

Qurumun başqanı Halit Habipoğlu bu məsələyə münasibət bildirərkən heyrət və rahatsızlığını dilə gətirib. O, “Dövlətin iddia etdiyi kimi Lozandakı azlıq “müsəlman bir azlıq” olaraq türk, pomak və roman ünsürlərindən ibarətdirsə, nədən yalnız türklər türk olduqlarını söylədiklərində hədəfə alınırlar”, – deyə sual edib.

Qurumun verdiyi bilgiyə görə, Yunanıstan dövlət televiziya kanalı olan ERT1-də martın 15-də Doğu-Batı arasında azlıqlar müzakirə edilib. Məsələnin müzakirə edildiyi “Özəl görəvlər” adlı verilişdə Batı Trakya türk toplumu əsas müzakirə obyekti olub.

Bu verilişin ardından Yunanıstanın yerli və milli mediasında türk toplumu hədəfə alınıb. Halit Habipoğlu dövlət TV-sinin türk azlığa efir verməsini təqdir etdiklərini qeyd etməklə bərabər cəmiyyət içində türk kimliyinə qarşı dözümsüzlüyü qınayıb. O, qeyd edib ki, bölgədə pomak və romanların adı keçən dərnək və qurumlar varkən türk sözüylə qurulmuş qurumlara qarşı dözümsüzlüyü anlamaq asan deyil.

“Batı Trakya Türklərini hədəf alan media qurumları da dövlət təbliğatını körükləməyi buraxıb etnik kimliklərini ifadə edən digərləri kimi türk olduğunu söyləyən təmsilçilərimizi çarmıxa çəkməkdən çəkinsinlər”, – deyə ABTTF başqanı bildirib.

Əlavə edək ki, Avropa Birliyinin üzvü olan Yunanıstan dövləti türk azlığı etnik deyil, dini kimlik üzərindən tanımaqla onlara qarşı açıq ayrıseçkilik siyasəti yürüdür. Türklərə özlərini türk deyil, yalnız müsəlman olaraq təqdim etməyə, tanıtmağa icazə verilir.

Mission News Theme by Compete Themes.